Ələsgər Əlioğlu vəfat etdi

Ələsgər Əlioğlu vəfat etdi
1750 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış şair Ələsgər Əlioğlu bu gün Goranboyda 73 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

Onun qəfil ürəktutmasından dünyasını dəyişdiyi bildirilir. 

Qeyd edək ki,Ələsgər Əlioğlu bir çox məşhur uşaq şeirlərinin müəllifi olub. O, Azərbaycan Yazıcilar Birliyinin və SSRİ Yazıçılar Birliyinin üzvü olub.

Şeirləri bir çox xarici dillərə - belarus, rus, özbək və türk dillərinə tərcümə olunub.

Allah rəhmət eləsin.