Saatlarının qiyməti diqqət çəkdi

Saatlarının qiyməti diqqət çəkdi
6232 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Uraz Kaygılaroğlu aparıcı Fatih Altaylının proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, müsahibə əsnasında onların qollarına taxdıqları saatlar diqqət çəkib.

Urazın qolundakı "Rolex Day-Date" saatının 1,5 milyon lirə (təxminən 59 min manat) təşkil etdiyi ortaya çıxıb. Fatihin isə Patek "Philippe Grand Complications" markalı qol saatı 6 milyon lirə (təxminən 229 min manat) dəyərindədir.

Qeyd edək ki, Uraz hazırda "Yeraltı" serialında "Bozo" obrazına həyat verir.