"İlk mənə təklif olunanda imtina etmişdim"

"İlk mənə təklif olunanda imtina etmişdim"
982 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Emma Ələkbərzadə "Sabahın xeyir, Azərbaycan!" verilişində "Maska" şousunda yaşadığı təcrübədən danışıb. 

Axşam.az xəbər verir ki, ifaçı ilk ona təklif gələndə imtina etdiyini açıqlayıb:

"Dedim ki, vaxtım yoxdur, oğlum David axşam saat 6-da liseydən gəlir. Amma sonra razılığımı verdim. Ürəyim nə istəyirdi, gətirirdilər, nə deyirdim edirdilər. Məni o qədər qoruyurdular. Çünki mən də öz şərtlərimi demişdim.

Amma maskanı başıma taxanda dedim ki, başım gedəcək. Çox ağır idi. Hətta maskanın altından bərk rezin kimi papaq da taxmışdılar. Boğazımı da rezinlə bürümüşdülər ki, düşməsin. Məşqlərdə 4-5 dəfə geyinib soyunmaq məcburiyyətində qalırdım. Çox əziyyət çəkdik.

Əsas niyyət qalib olmaq deyildi, iştirak idi. Maraqlı oldu və ən gözəl xatirələrimdən biri kimi yadda qaldı".