Türkiyəli müğənni Yusuf Güney saxlanılıb.
Axşam.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotik Cinayətləri Bölməsinin qrupları rəqəmsal platformada yayımlanan bir proqramda iştirak edən ifaçının "Ayahuska çayı"nın istehlakına təşviq edən ifadələr işlətdiyini müəyyənləşdirib.
Araşdırmalar zamanı sözügedən çayda tapılan maddənin narkotik olduğu aşkar edilib. Bu səbəbdən Yusuf Güney tutulub.
Qeyd edək ki, ötən ilin sonu da müğənni narkotik araşdırması çərçivəsində saxlanılmışdı.