“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin ailəsində xoş gündür.
Axşam.az xəbər verir ki, blogerin qardaçı Nihat bu gün ailə qurur.
Bakıda keçirilən məclisdə Nicatın görüntüləri yayılıb. Diqqət çəkən məqam isə Nicat Şakirlinin sağ qolunda olan protez olub.
Qeyd edək ki, 2023-cü ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.