Abşeron rayonunda Asya Məmmədli adlı müğənni sevgilisi tərəfindən döyüldüyünü iddia edib.
Axşam.az Baku TV-yə istinadən xəbər verir ki, 34 yaşlı ifaçının sözlərinə görə, o, 3 ildir münasibətdə olduğu Emil Babayev adlı şəxs tərəfindən şiddətə məruz qalıb:
"Oxuduğum restorandan çıxıb taksiyə minəndə dedi ki, səni mən aparacağam. Cavab verdim ki, istəmirəm, ayrılıram səndən. Özüm özümü dolandırıram. Söylədi ki, sənin deməyinlədir. Saçımdan tutdu. Camaatın gözü önündə, müğənni dostlarım da var idi, məni maşına salıb döydü. Telefonu əlimdən aldı ki, ondan şikayət edə bilməyim. Duz gölünün kənarına aparıb orada da döydü. Artıq orada ürəyim getdi. Yanımda rəfiqəm, onun xalası oğlu da olub. Onlar belə məni onun əlindən ala bilmirdi. Göz dönmüşdü".
Hazırda məsələ ilə bağlı araşdırma aparılır və əməli törətməkdə ittiham olunan E.Babayevin saxlanılması istiqamətində işlər görülür.