Rusiyalı şoumen Maksim Qalkin həyat yoldaşı, Xalq artisti Alla Puqaçova ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, şoumen 77 yaşı tamam olan xanımının fotosunu yayımlayaraq bu sözləri yazıb:
"Ad günün mübarək, sevimli gözəlim".
Qeyd edək ki, 2022-ci ildə Puqaçova və Qalkin əkizləri - Liza və Harri ilə birlikdə İsrailə köçmüşdü. Daha sonra İsrail-Fələstin münaqişəsinin yenidən alovlanması səbəbindən ailə Kiprə yerləşmişdi.
