Xəbər verdiyimiz kimi, 2017-ci ildə "Miss Kainat" müsabiqəsinin qalibi olmuş 27 yaşlı kaliforniyalı Karolina Flores Qomez yaşadığı evdə öldürülüb.
Axşam.az-ın məlumatına görə, Karolinanın qətlə yetirildiyi anların görüntüsü yayılıb. Görüntüdə onun qayınanası Erika Maria Qomezin mübahisə əsnasında Karolinanın arxasınca onun otağına girərək 7 dəfə atəş açması görünür.
Səsləri eşidən modelin həyat yoldaşı Alexandro Qomez qucağında 7 aylıq uşağı ilə otağa daxil olur. O, anasından nə etdiyini soruşanda isə Erika peşman olmadığını bildirərək "Sən mənimsən, o sənin ailən deyil" deyə, reaksiya verib.
Qeyd edək ki, ailə Karolina öldürüldükdən bir gün sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Qayınana və oğlu şübhəli qismində saxlanılıb.