Oksana sevənləri ilə görüşdü – fotolar

Oksana sevənləri ilə görüşdü – fotolar
2338 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanda keçirilən “İndias Best Cine Star Ki Khoj” yarışmasında qalib olan rəqqasə Oksana Rəsulova bu gün media nümayəndələri və sevənləri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, təəssüratlarını bölüşən sənətçi qalibiyyətin onun üçün gözlənilməz olduğunu vurğulayıb:

“Çox sevincliyəm. Müsabiqəyə qatılanda birinci olacağıma inanmırdım. Altı min insan içindən seçildim. Burada mənə xalqım dəstək oldu. Azərbaycan xalqına təşəkkür edirəm. Gün ərzində cəmi 2 saat yuxu yata bilirdim. Hər gün məşqlər edirdik. Amma çəkdiyim əziyyətə dəydi".

Qeyd edək ki, Oksana yeni çəkdirdiyi “Eşq” adlı klipini də sevənlərinin ixtiyarına verib. Rəqqasə daha sonra pərəstişkarları ilə şəkillər çəkdirib, onlara avtoqraf yazıb.

Foto: Rəşad ABBASOV