Türkiyəli caz ifaçısı Bakıda konsert verəcək

Türkiyəli caz ifaçısı Bakıda konsert verəcək
820 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə oktyabrın 10-16-da Bakıda keçiriləcək “Türkiyə Caz Festivalı” çərçivəsində daha bir türk caz ustası Bakıya gəlir. 

Axşam.az-ın məlumatına görə, tanınmış musiqiçi Şenay Lambaoğlu festivalın beşinci günündə Park Bulvar” əyləncə mərkəzinin “Zeytun” restoranında konsert verəcək.

Qeyd edək ki, “İçimdə aşk var” adlı caz albomu ilə sevilən Ş.Lambaoğlu ölkəsində və xaricdə bir çox festivallarda iştirak edib.

Proqram oktyabrın 14-də saat 21:30-da baş tutacaq. Konsertə giriş sərbəstdir.