Müğənni-bəstəkar Ramal İsrafilov “Qonaqlıq” verilişində ata olacağını deyib.
Axşam.az-ın məlumatına görə, sənətçi ailəsindən danışıb:
“Evliliyimizin hər ayında həyat yoldaşım mənə hədiyyə bağışlayır. Övladım olacaq. Bunə hələ də inana bilmirəm. Əvvəl ata olmağı daha çox istəyirdim. İndi, elə bil ki, yuxudayam. Yüzə yaxın ad fikirləşmişik. Amma qızıma ad qoymağı xanımıma həvalə etmişəm. Qızdır, adını da o qoyar. Hərdən evdə dadlı yeməklər bişirirəm, amma həyat yoldaşım bəyənmir. Deyirəm, sən heç vaxt belə dadlı yeməklər görməmisən. Mən bütün yemək növlərindən bişirə bilirəm”.