Müğənni Roza Zərgərlinin “Bakı vaxtı ilə” adlı verilişinin növbəti buraxılışı sabah yayımlanacaq.
Axşam.az-ın məlumatına görə, ATV kanalında efirə gedəcək proqramın budəfəki sayı əfsanəvi ifaçı Oqtay Ağayevə həsr edilib. Gecənin qonaqları xalq artisti Natavan Şeyxova, həyat yoldaşı cazmen, saksafon ifaçısı Rafiq Seyidzadə, cazmen Cavan Zeynallı, bəstəkar Faiq Sücəddinov olacaq.
Verilişdə Oqtay Ağayevin həyatı ilə bağlı maraqlı faktlar açıqlanacaq.
Qeyd edək ki, “Bakı vaxtı ilə” proqramına sabah saat 23:00-da baxa bilərsiniz.