17 yaşlı sevgilisini doğrayan oğlan həbsxanada özünü asdı

17 yaşlı sevgilisini doğrayan oğlan həbsxanada özünü asdı
11389 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə 17 yaşlı lisey şagirdi Münəvvər Qarabuludun başını kəsərək qətlə yetirən və 24 il həbsə məhkum olunan Cem Qaripoğlu özünü asaraq intihar edib.
 
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, Silivri qapalı cəzaçəkmə müəssisəsində olan Cem bu gün səhər saatlarında başına neylon torba keçirərək özünü öldürüb. Hazırda onun cəsədi tibbi müayinədən keçirilmək üçün Ali Tibb İdarəsinə göndərilib. Faxtla bağlı araşdırma aparılır.

Xatırladaq ki, 2009-cu ildə Münəvvər Qarabuludun sevgilisi tərəfindən amansızcasına öldürülməsi xəbəri Türkiyə mediasının, hətta maqazin proqramlarının da əsas mövzusuna çevrilmişdi. Cem onu mişarla doğrayaraq qətlə yetirmişdi.