Yenicə ana olan aktrisa doğuşdan sonra ilk dəfə - fotolar

Yenicə ana olan aktrisa doğuşdan sonra ilk dəfə - fotolar
3614 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aktrisa Skarlet Yohanson Rouz adlı körpəsi dünyaya gəldikdən sonra ilk dəfə görüntülənib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkda idman salonlarından birinə gedərkən obyektivlərə tuş gələn aktrisanın yanında fransız nişanlısı Roman Daurik də olub. Cütlük evdən birlikdə çıxsa da, məşq zalının qarşısında uzun müddət bir-birlərindən ayrıla bilməyib.
 
29 yaşlı Skarlet dayanmadan nişanlısını öpməyə başlayıb. Daha sonra isə o, Daurikə uzun müddət əl sallayıb. Skarlet Yohansonun yenicə ana olmasına baxmayaraq, normal bədən quruluşu diqqət çəkib.