"Yeni ilə qədər gündə 4 xurma yeyəcəm" - fotolar

"Yeni ilə qədər gündə 4 xurma yeyəcəm" - fotolar
4761 dəfə oxunub
  • A-
  • A
  • A+

“Space”də yayımlanan “Hələ bu harasıdır” verilişinin bugünkü efirində “Qadınlardan yaş soruşmazlar” mövzusu müzakirə edilib.

Axşam.az-ın məlumatına örə, proqramın qonaqları əməkdar artist Almaz Ələsgərli, Vəfa Zeynalova və modelyer Fəxriyyə Xələfova olub. Aparıcı Təranə Səmədovanın suallarını cavablandıran qonaqlar yaşlarından utanmadıqlarını deyiblər.

F.Xələfova xanımlara artıq çəkidən xilas olmaq üçün məsləhətlər verib:

“Mən hər gün təmiz havada gəzirəm. Hündür pilləkəni çıxıb-düşürəm. Düşərkən ayağınızın altına baxmayın. Bu zaman bütün daxili orqanlar hərəkət edir. Dağüstü park kimi gözəl məkanımız var. Oradakı pilləkəni gündə bir dəfə qalxıb-enmək olar. Gözəlliyin ilkin vasitəsi isə təmiz havada gəzməkdir. Bir də özümə şərt qoymuşam ki, Yeni ilə qədər gündə yalnız 4 ədəd xurma yeyəcəm. Xurma insanı tox saxlayır, tərkibində orqanizm üçün xeyirli vitaminlər var”.

Çəkiliş zamanı lentə alınan fotoları təqdim edirik.

Qeyd edək ki,”Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftənin beş günü saat 10:45-dən 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.