Bakıda növbəti caz konserti keçirildi – fotolar

Bakıda növbəti caz konserti keçirildi – fotolar
721 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda ilk dəfə keçirilən  “Türkiyə Caz Festivalı” nın ikinci günü də baş tutub.

Axşam.az-ın məlumatına görə, qardaş ölkənin məşhur caz ifaçısı Senem Diyici  səhnəyə  çıxıb.
Maraqlı caz musiqiləri, fərqli ifa tərzi ilə tamaşaçılara unudulmaz gecə yaşadan Senem Diyici ayaqüstə alqışlanıb. Onun  konsertində Azərbaycanın tanınmış  kamança ifaçısı  Munis Şərifov da yer alıb. M. Şərifov ifası ilə Türkiyəli qonaqları heyran qoyub.

Qeyd edək ki, Sənəm Diyicinin konsertində Türkiyənin Azərbaycandakı səfiri  Alpər Coşqun və ölkəmizdə fəaliyyət  göstərən məşhur opera ifaçısı Oya Ergün də  iştirak edib. O.Ergün S.Diyicinin xahişi ilə səhnəyə çıxaraq iki Azərbaycan xalq mahnısı oxuyub.

Xatırladaq ki, 10-16 oktyabrda baş tutacaq “Türkiyə Caz” festivalı  çərçivəsində bir çox tanınmış caz ustası  Azərbaycana gələcək. Onların sırasında  Şenay Lamdaoğlu, Evrim Demirel Ensemble və başqaları var.

Festivalın sonuncu günündə Oya Ergünün konserti olacaq.