Sevda nədən utanır? - fotolar+video

Sevda nədən utanır?  - fotolar+video
3604 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevda Yahyayeva geyimlərindən bəhs edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında libaslarının qiymətinin bahalı və ya ucuz olmasına önəm vermədiyini deyib:

“Bu boyunbağı çox bahalı daşla düzəldilib. Qolbağım isə mənim üçün ən dəyərli aksesuardır. Timsah formasında qolbaq eksklüzivdir. Çalışacam bunu hər zaman geyimlərimlə istifadə edim. Timsahla çox bənzəyirik. O da sürünür... Mən də çətinliklə, dişlə-dırnaqla bu yerə gəldim. Geyimlərimin qiymətini açıqlamıram. Belə hallardan utanıram. Mənim üçün qiymət önəmli deyil. Şərt qoymuram ki, mütləq bahalı brend geyinməliyəm. Elə olur ki, 20-30 manata da paltar alıb geyinirəm. Əgər geyimimin qiymətini açıqlasam, deyəcəklər nə görməmiş qızdır”.