Türkiyəli aktrisa Fərəh Zeynəb Abdullah baş rolda Məhmət Günsür və Kərəm Bürsinlə oynadığı, Çağan İrmakın rejissorluğu ilə çəkilən “Unutursam fısılda” (“Unutsam, pıçılda”) filmi üçün Kənan Doğulu tərəfindən yazılan 6 mahnı səsləndirib.
Axşam.Az “Hürriyet”ə istinadən xəbər verir ki, oktyabrın 29-da yayımlanacaq ekran işinə görə vokal müğəllimi Cihan Okandan musiqi dərsləri alan aktrisa K.Doğulu ilə birlikdə studiyada film üçün yazılmış bəstələri oxuyub. Səsyazmanı 5 gündə qurtaran F.Z.Abdullahın performansı həm çəkiliş heyəti, həm də müəllimi tərəfindən çox bəyənilib.
Qeyd edək ki, Fərəh Zeynəb Abdullah “Kurt Seyit ve Şura” serialında Şura obrazını canlandırıb.