500 milyon dollarlıq sərvətə malik Hollivudun məşhur ailəsində dünyaya göz açan Cess Brolin Kaliforniya küçələrində səfil həyatı sürür.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı müğənni-bəstəkar Barbara Streisandın ögey, aktyor Ceyms Brolinin isə doğma oğlu olan Cess zibil qutularından tapdığı yemək qalıqları ilə qidalanır. O, 1995-ci ildə anası Ceyn Kameronu avtomobil qəzasında itirib. 2011-ci ildə ayda 800 dollara kirayə qaldığı evindən qovulan C.Brolin həmin vaxtdan küçələrdə gecələyir.
Ailə yaxınlarından birinin verdiyi məlumata görə, Barbara və Ceyms oğullarına dəstək olmaq istəsələr də, Cess qəbul etməyib.