Gənclər və İdman naziri Azad Rəhimov Almaniyada müalicə olunan aparıcı Hacı Nurana baş çəkib.
Axşam.az-ın məlumatına görə, H.Nuran bu haqda İnstaqram səhifəsində yazıb:
“Azad müəllim halımı soruşdu, müalicəmlə maraqlandı. Tezliklə tam sağlam Bakıya qayıtmağımı dilədi. Gözəl söhbətindən ləzzət almaqdan doymadım. Azad müəllim, diqqətinizə görə çox sağ olun”.