21 illik xoşbəxtlik - fotolar

21 illik xoşbəxtlik -  fotolar
3949 dəfə oxunub
  • A-
  • A
  • A+

Modelyer Gülnarə Xəlilovanın ailə həyatı qurmasından 21 il ötür.

Təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşən G.Xəlilova bu günü ailəsiylə qeyd edəcəyini bildirib:

“Əvvəl başqa bir planımız var idi. Amma bəzi işlərə görə təxirə saldıq. 21 ildir birlikdəyik. Bu, az ömür deyil. Bütün yeni evlənən cütlüklərə belə uzunömürlü həyat arzulayıram. Problemsiz həyat yoxdur. Hər bir ailədə narazılıqlar yaşanır. Əsas odur ki, bu vəziyyətlərdən çıxmağı bacarasan. Qarşılıqlı anlaşma, başa düşmə, hər çətinlikdən çıxış yolu tapılmalıdır. Bizim də ailə həyatımızda daim anlaşma, qarşılıqlı hörmət olub. Bütün xanımlara qadın xoşbəxtliyi arzulayıram”.

Modelyer həyat yoldaşı İlham İbadovla bir-birlərinə hədiyyə aldıqlarını, lakin onun nə olduğunu açıqlamaq istəmədiyini deyib.