Prodüser Təranə Səmədova tədbirlərin birində fotokameramıza tuş gəlib.
Axşam.az-ın məlumatına görə, o, arıqlaması ilə diqqət çəkib. Təranə əməkdaşımızla söhbətində 27 kiloqram çəki atdığını bildirib:
“Hazırda 80 kiloqramam. Hədəfim 60 kiloqrama düşməkdir. Bu günə kimi idman və pəhriz vasitəsilə 27 kiloqram atdım. Çəki itirməkdə mənə ən çox idman kömək oldu. Burun əməliyyatından sonra iki ay fasilə verdim. Yenidən məşqlərə başlamışam”.
Foto: Tariyel HÜSEYNOV