Yeni biznesinə başlayan rəqqasə Fatimə Fətəliyeva bu gün açılış edib.
Axşam.az-ın məlumatına görə, rəqs məktəbi və xına mərasimlərinin təşkili ilə məşğul olan sənətçi indi də gözəllik salonu açıb. Fatiməni təbrik etməyə gələnlər arasında sənət aləminin tanınmış simaları yer alıb. Onlar oxuyub, oynayıb, rəqqasə üçün uğurlar arzulayıblar. Sonda isə tort kəsilib.
Foto: Rəşad ABBASOV