Prezident və xanımı Olimpiya Stadionunda - fotolar

Prezident və xanımı Olimpiya Stadionunda - fotolar
2963 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva oktyabrın 15-də Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Axşam.az-ın məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə mütəmadi olaraq maraqlanır, işlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verirlər.

Dövlət başçısı və xanımı Bakı Olimpiya Stadionunda ayrı-ayrı inşaat sahələrini gəziblər, görülən işlərlə tanış olublar. Prezident İlham Əliyevə ötən müddətdə görülən işlər barədə ətraflı məlumat verilib.