Emin İspaniyada jurnalistlərlə görüşdü – fotolar

Emin İspaniyada jurnalistlərlə görüşdü – fotolar
1495 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Emin İspaniyaya yollanıb.

Axşam.az-ın məlumatına görə, “Amor” albomunun tanıtımı məqsədiylə Madridə gedən ifaçı orada media nümayəndələri ilə görüşüb. Bu haqda Eminin rəsmi səhifəsində yazılıb. Onun 12 saat ərzində 31 müsahibə verdiyi vurğulanıb. İfaçı yaradıcılığı, “Amor” albomu, mahnıya çəkilən klipi ilə bağlı sualları cavablandırıb. O, Azərbaycanda doğulmasından bəhs edib.

Qeyd edək ki, Emin Avropa turnesi çərçivəsində fevralda Madriddə konsert verəcək. Dekabrın 9-da isə ifaçının “Baku Crystal Hall”da yubiley konserti baş tutacaq.