Fatimədən qızına qadağa: “Heç vaxt almayacam”

Fatimədən qızına qadağa: “Heç vaxt almayacam”
7284 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva qızının ən böyük arzusunu yerinə yetirməyəcək.

Axşam.az-ın məlumatına görə, övladı Aydan universitetə daxil olarkən sənətçi ona avtomobil alacağına söz verib. Amma indi F.Fətəliyeva fikrindən daşınıb:

“Qızım məndən maşın istəyir. Amma ona demişəm ki, heç vaxt almayacam. O heç vaxt avtomobil sürməyəcək. Olmaz... Hansı ana uşağının pisliyini istəyər? İndi o qədər qəzalar olur ki... Gündə bir gəncin dünyasını dəyişdiyini eşidirik. İstəmirəm övladım gedib kiminsə qurbanı olsun. Uşağın hər istədiyini etmək olmaz”.

Foto: Rəşad ABBASOV