“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişində bu gün heyvanlar müzakirə olunub.
Axşam.az-ın məlumatına görə, aparıcı Təranə Səmədova küçələrdəki itlərin öldürülməsindən və heyvan sevgisindən bəhs edib. O, itləri çox xoşladığını bildirib:
“Alıb saxlaya bilməsəm də, harda görsəm, onları oynadıram. Küçələrdə itlərin öldürülməsini başa düşmürəm. Hətta bir dəfə qızım Suelin gözünün qabağında it öldürüblər. O, günlərlə hadisənin təsirindən ayıla bilmədi. Hər gün mənə suallar ünvanlayırdı. Amma qızımın bu suallarına cavab verə bilmirdim”.
Verilişin qonaqları arasında bəstəkar Aygün Səmədzadə də yer alıb.
Qeyd edək ki,”Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftənin beş günü saat 10:45-dən 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.