Bakı “Formula-1”ə belə hazırlaşır - fotolar

Bakı “Formula-1”ə belə hazırlaşır - fotolar
1763 dəfə oxunub
  • A-
  • A
  • A+

2015-ci ildə Bakıda keçiriləcək “Formula-1" qran-pri yarışı ilə əlaqədar artıq hazırlıq işlərinə start verilib. Belə ki, hazırlıqlar yeni bulvar istiqamətindən başlayıb.

Axşam.az-ın ans press-ə istinadən məlumatına görə, artıq yol kənarında beton, dəmir torları və şinlərdən ibarət bəndlər düzülür.

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov bildirib ki, yarışın keçirilməsi üçün yeni infrastruktur inşa edilməyəcək. Belə ki, Avropa oyunları üçün yaradılan infrastrukturdan bu yarış üçün də istifadə ediləcək.

Qeyd edək ki, 6 kilometrlik, saat əqrəbinin əksi istiqamətində olan sxemi “Tilke” mühəndislik şirkətinin baş icraçı direktoru Herman Tilke hazırlayıb. Trek Azadlıq meydanının yanından başlayacaq və Hökumət evinin yanından keçərək Qız qalasının qərbinə doğru istiqamətlənəcək. Marşrut 6 min 6 metr uzunluğunda, 8 sağ və 12 sol döngədən ibarət olacaq. Orta sürət 210, maksimum sürət 340 kilometr/saat olacaq. Yarışın ilk günlərində 25 mindən çox tamaşaçının izləməsi üçün şərait yaradılsa da, növbəti günlərində tamaşaçı sayının artırılacağı da mümkündür.