Amerikalı aktrisa-müğənni Selena Qomezlə aktyor Orlando Blumun Los-Anceles hava limanında birlikdə görüntülənmələri barədə xəbər vermişdik.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Kanadada ‘’We Day’’ adlı gənclik festivalına qatılan tanınmışlar səhnədə ayrı-ayrılıqda çıxış ediblər.
22 yaşlı Selena gecəyə çəhrayı libasla qatılıb. 37 yaşlı Orlando isə səhnədə gənclərlə sual-cavab şəklində dialoq qurub.
Bundan başqa dünya şöhrətli müğənni Cennifer Lopez də öz mahnıları ilə tamaşaçıları əyləndirib.