Avqustda əməliyyat yolu ilə mədəsini balacalaşdıran türkiyəli müğənni İşın Qaraca artıq çəkilərindən xilas olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatdan sonra pəhriz saxlayan və idmana başlayan sənətçi 100 kiloqramdan 75 kiloqrama qədər arıqlayıb.
Yeni albomunu çıxarmazdan əvvəl bir qədər də çəki atmağı düşünən İşının hədəfi isə 65 kiloqramdır.