Bu gün ATV kanalında efirə gedəcək “Dəb Siz” verilişində maraqlı məqamlar yaşanacaq.
Axşam.az-ın məlumatına görə, Ruhi Əliyevanın layihə rəhbəri və verilişin qaydalarına əsasən hakim kimi çıxış etdiyi proqramda qonaq olan Cahan adlı iştirakçı həm də müğənni olmaq istəyir. Ruhi Əliyeva isə ona yaxşı fürsət yaradıb.
Belə ki, o, 27 yaşlı iştirakçıya vəkil obrazında çıxış edən xalq artisti Faiq Ağayevlə duet oxumaq imkanı verib.
“Xanımın səsini yoxlayandan sonra, ola bilsin, onunla duet də ifa etdik. Cahan digər kriteriyalara görə sənhəyə uğun gəlir”, - deyə F.Ağayev bildirib.
Ruhinin sözlərinə görə isə, iştirakçını proqramın sonunda tanımaq belə mümkün olmayıb: “Cahan bir az vulqar geyimlərə üstünlük verirdi. Qısa ətəkləri daha çox sevirdi. Ancaq bizim və təbii ki, modelyerimiz Afaq İsmayılzadənin müdaxiləsindən sonra o, kifayət qədər dəyişdi”.
Qeyd edək ki, veriliş saat 12:00-da Azad Azərbaycan telekanalında yayımlanacaq.