Prodüser Təranə Səmədova ad gününü qeyd edib.
Axşam.az-ın məlumatına görə, 30 yaşı tamam olan prodüserin məclisinə sənət aləminin tanınmış simaları qatılıb. T.Səmədova həmin gün, eyni zamanda qızı Suelin də 5 yaşını keçirib.
Maraqlı anların yaşandığı gecədə sənətçilər ifaları ilə prodüseri və qızını təbrik ediblər.
Foto: Rəşad ABBASOV