“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişinin bugünkü buraxılışında qalmaqallı başlıqlar müzakirə olunub.
Axşam.az-ın məlumatına görə, aparıcılığını Təranə Səmədovanın etdiyi verilişin qonaqları arasında əməkdar artist Elza Seyidcahan da yer alıb. Müğənni şeirlərinin tənqid olunmasından bəhs edib:
“Şeirlərimi müzakirə edirlər. Mən şairə deyiləm. Sadəcə, cızma-qaralar edirəm. Xoş şeylərdən yazılsın. Pisləri şişirtməsinlər. Şeirlərimin başlıqlarını pis yerə yozub, lətifə edirlər”.
Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftənin beş günü saat 10:45-dən 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.