Murad Arif xanımına yazdığı mahnının klipini təqdim etdi - video+fotolar

Murad Arif xanımına yazdığı mahnının klipini təqdim etdi - video+fotolar
5348 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün aparıcı-bəstəkar Murad Arif xanımına həsr etdiyi “Həyat yoldaşımsan” adlı mahnısına çəkdirdiyi klipinə təqdimat keçirib.
 
Axşam.az-ın məlumatına görə, Fərhad Əlinin rejissorluğu ilə ərsəyə gələn ekran işinin təqdimat gecəsinə şou-biznesin tanınmış simaları qatılıb.

Mərasimi giriş sözü ilə açan M.Arif klipin çəkilişində əməyi olan hər kəsə təşəkkürünü bildirib:

“Bu, mənim üçün çox ciddi bir addım idi. Bir atımlıq barıt, keçici bir həvəs deyildi. Mahnının sözləri və musiqisi mənə aiddir. Bəstəni niyə belə adlandırdığımı isə bilmirəm. Mahnının aranjimanı 6-7 aya hazır oldu. Klipdə yer alan həmkarım Kəmalə Piriyevaya, rejissora, aranjimançılar-Janik Süleymanbəyli, Givi Usenaşviliyə dərin minnətdarlığımı bildirirəm”.

Nuranə ABBASOVA,
Foto: Rəşad ABBASOV