Oksana yenidən Hindistana gedir - fotolar

Oksana yenidən Hindistana gedir - fotolar
2321 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Oksana Rəsulovadan yeni xəbər var.

Sənətçi Axşam.az-ın əməkdaşı ilə söhbətində Hindistandakı yaradıcı işlərindən bəhs edib:

“Çox böyük bir layihənin qalibi oldum. Bundan sonra mənə orada işbirliyi təklif edildi. Bir filmdə rol alacam. Artıq müqaviləmiz var. İndi viza işlərini həll edirəm. Hazır olan kimi yenidən Hindistana yola düşəcəm. Filmin təqdim ediləcəyi tarixi bilmirəm. Yəqin ki, 7-8 ay hazırlıqlar gedəcək”.
Xatırladaq ki, Oksana Hindistanda keçirilən məşhur “İndias Best Cine Star Ki Khoj” rəqs yarışmasının qalibi olub.

Nuranə ABBASOVA

Foto: Rəşad ABBASOV