1 milyonluq maşın qəza törətdi - Bakıda

1 milyonluq maşın qəza törətdi -  Bakıda
2420 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Bakıda keçirilən FIA GT seriyalı Baku World Challenge avtoyürüşünün final mərhələsində qəza olub. 

Axşam.az oxu.az-a istinadən xəbər verir ki, “Audi” komandasını təmsil edən "Audi R8" markalı avtomobilin pilotları idarəetməni itirərək maşını maneəyə çırpıblar. Bundan sonra isə dəyəri 1 milyon dollar təşkil edən “Mercedes-Benz SLS AMG GT3” markalı yarış maşın da divara çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Yarışlarda qısa fasilə yaranıb və maşınlar bokslara təxliyə olunduqdan sonra yürüş davam edib.