Rəqsanənin şəxsi fotosu oğurlandı - video

Rəqsanənin şəxsi fotosu oğurlandı - video
3451 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış sənətçilər ölkənin ən reytinqli maqazin proqramı olan "Onlar"da yenə maraqlı açıqlamalar veriblər.

Axşam.az-ın məlumatına görə, noyabrın 16-da saat 15:00-da ATV kanalında yayımlanacaq verilişin növbəti buraxılışında qalmaqallı “Kimdir nömrə 1?” yarışmasının pərdəarxası məqamlarını izləyəcəksiniz.

Türkiyəli müğənni Əmrə Kayanın həmkarı Demet Akalına qarşı dediyi sərt açıqlamanı eşidəcəksiniz.

Rəqqasə Fatimə Fətəliyeva gündəmi alt-üst edəcək.

Müğənni Vüqar Muradov həmkarı Elvin Abdullayevlə bağlı maraqlı açıqlamalar verəcək.

Müğənni Rəqsanə İsmayılovanın şəxsi fotosu oğurlandı.

Əməkdar artist Elza Seyidcahan yenə hər kəsi təəccübləndirəcək.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan "Onlar"ın yaradıcı heyəti rejissor və aparıcı Afaq Gəncəli, montajçı Ruslan Ağayev, müxbirlər Ruslan Ağayev, Aysel Tahirqızı, Çinarə Eminova və prodüser Tural Nəbiyevdən ibarətdir.