“Forbes” jurnalı Hollivudun bu il ən çox qazanan ulduzlarının siyahısını tərtib edib. Axşam.az-ın məlumatına görə, sıralamada ilk yerdə aktrisa Cennifer Lourens dayanır. 24 yaşlı sənətçi bu il iki filmdə rol alıb. Hər iki ekran əsərinin ümumi gəliri bir milyard dollardan çox olub. Həmçinin, C.Lourens 30 yaşına qədər olan məşhurlar arasında ən çox qazanan aktrisa kimi Top 10-luğa daxil edilib.
Reytinq sıralamasında ikinci yeri aktyor Kris Prett tutub. O, “Kainat qoruyucuları” filmində baş rolda oynamaqdan əlavə, “Leqo. Film” animasiya filmində də əsas qəhrəmanı səsləndirib.
Üçüncü yerə isə, bu il həm ailə qurub, həm də ana olan aktrisa Skarlett Yohansson layiq görülüb. Ulduz “İlk qisasçı: Başqa dünya”, “Lüsi” və “Özünü mənim dərimdə hiss et” filmlərində rol alıb. O, ümumilikdə bir milyard dollardan çox gəlir əldə edib.