Heydər Əliyev Mərkəzində Suraxanı rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə tədbir keçirilib.
Axşam.az-ın məlumatına görə, Mərkəzin Elektron lektoriya zalında bəstəkar Sevinc Tofiqqızının ümummilli lider, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ulu öndər -Xatirələr” və prezident İlham Əliyevin doğum gününə həsr etdiyi “İlhamlı Azərbaycanım” kliplərinin təqdimatı olub.
Təqdimatda bəstəkarla yanaşı, Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni və digər ictimai xadimlər iştirak ediblər.
Daha sonra S.Tofiqqızının bəstələdiyi mahnıları ifa edən müğənnilər - Rəşad İlyasov, Aysel Əlizadə, Şəbnəm, Aslan Hüseynov maraqlı konsert proqramı ilə çıxış edərək “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə soydaşlarımızı təbrik ediblər.
Sonda tədbir iştirakçıları bəstəkar Sevinc Tofiqqızını bu uğurlu işinə görə təbrik ediblər.