Ölkəsini sel basan nazir prezidentlə qolf oynadı - fotolar

Ölkəsini sel basan nazir prezidentlə qolf oynadı - fotolar
1326 dəfə oxunub
  • A-
  • A
  • A+
Malaziyada son 30 ilin ən şiddətli musson yağışlarının gətirib çıxardığı sellər səbəbindən on minlərlə adam evakuasiya edilərkən ölkənin baş naziri Nəcib Rezakın ABŞ-da tətilə çıxıb, prezident Barak Obama ilə qolf oynaması böyük səs-küy yaradıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Kelantan, Terengganu, Pahang, Perak və Perlis əyalətlərində təbii fəlakət nəticəsində 106 min nəfər evakuasiya edilib. Ölkə daxilində keçirilməsi planlaşdırılan Yeni il əyləncələri ləğv edilərkən baş nazirin ABŞ-a gedib tətil etməsi sərt şəkildə tənqid olunub.

Sosial mediada isə "Niyə fəlakət bölgələrində fövqəladə hal elan edilməyib, Baş nazir haradadır", "Baş nazir xalqı sellə mübarizə apararkən necə tətilə çıxar", "Obamaya “xeyr” demək çox çətin idi?" kimi sözlər yazılıb.

Əhalinin tənqidindən sonra Nəcib Rezak dünən istirahətini yarıda kəsərək ölkəsinə dönəcəyini bildirib.