"Sehrli Landiyada Yeni il" - fotolar

"Sehrli Landiyada Yeni il" -  fotolar
1204 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni il ərəfəsində Yer üzünün bütün insanları - böyüklər arzularının yerinə yetəcəyini, uşaqlar isə Şaxta babadan hədiyyələrini gözləyirlər. Bəs Şaxta baba özü haradan gəlir? Ən vacib anda, Yeni ilə bircə gün qalmış sehrli çubuq yoxa çıxır! Sehrli çubuğu isə tapmaq lazımdır. Əgər Şaxta baba uşaqlara hədiyyə gətirməsə, Yeni il bayramı baş tutmayacaq.

Axşam.az-ın məlumatına görə, bu gün Heydər Əliyev Sarayında təqdim olunan “Sehrli Landiyada yeni il” tamaşasında uşaqlar bu suallara cavab tapıblar.

Tamaşaçılar əfsanəvi Landiya, orada hədiyyə istehsal edən fabrik, özünün sehrli çubuğu ilə hədiyyə hazırlama prosesinə rəhbərlik edən kraliça Avelara, vəfalı paj Xavyer, Landiyanın əsas şirniyyatçısı Pryana, Şrek, Fiona, Qar adamı Olaf və bir çoxları ilə tanış olublar.

Qeyd edək ki, “Sehrli Landiyada yeni il” tamaşası 28, 29 və 30 dekabr tarixlərində də tamaşaçılara təqdim olunacaq. Saat 12:00 və 15:00-da başlayacaq şənliklərin 5-30 manat arasında olan biletlərini şəhərimizin kassalarından əldə etmək olar.