“Mən Rusiya lideri ilə bir həftə vaxt keçirmək istərdim. Sadəcə onu anlamaq üçün”. Axşam.az ans press-ə istinadən xəbər verir ki, bu sözləri “Eurovision-2014” mahnı müsabiqəsinin qalibi, Konçita Vurst kimi tanın Tomas Noyvirt deyib. O, jurnalistlərə müsahibəsində həmçinin bildirib ki, rusiyalı pərəstişkarları ilə görüşməyi çox istərdi.
“Mənim Rusiyada çoxlu pərəstişkarlarım var və bu çox gözəldir”, - deyə Noyvirt qeyd edib.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov "Eurovision-2014" mahnı müsabiqəsinin qalibi, Konçita Vurst kimi tanınan Tomas Noyvirtin istəyinin cavabını verib.
Peskov Konçitanın Putinlə görüşmək istəyi ilə bağlı sualı eşidərkən gülüb.
"Bu və buna bənzər suallarla mənə yaxınlaşmayın", deyə Peskov gülümsəyərək suala cavab verib.
Xatırladaq ki, avstriyalı Konçita Vurstun 2014-cü ildə “Eurovision”da qələbəsindən sonra Türkiyə bir daha “Eurovision” mahnı müsabiqəsində iştirak etməyəcəyini bildirib. Budnan başqa, Avropa parlamentinin avstriyalı deputatı da öz ölkəsinin belə qələbəsindən utandığını demişdi.