Aktrisa “Xəzər”də aparıcılıq edəcək - fotolar

Aktrisa “Xəzər”də aparıcılıq edəcək -  fotolar
3654 dəfə oxunub
  • A-
  • A
  • A+

“Yuğ” teatrının aktrisası Zümrüd Qasımova “Xəzər” telekanalında aparıcılıq edəcək.

Axşam.az-ın məlumatına görə, bu haqda əməkdaşımızla söhbətində aktrisa özü deyib. O, “Yeri gəlmişkən” adlanacaq veriliş haqqında bunları söyləyib:

“Bundan əvvəl ANS telekanalında aparıcılıq etmişəm. Hazırda “Region TV”-də “Elin adamı” verilişinin aparıcısıyam. “Xəzər” telekanalını çox sevirəm, buradan təklif gələndə məmnuniyyətlə qəbul etdim. Yeni proqramım pozitivdir, insanlara xoş əhval-ruhiyyə bəxş edəcək. Burada gündəmdə olan mövzular müzakirə ediləcək, dəyərli insanlar qonaq olacaqlar”.

Z.Qasımova aktrisalıq fəaliyyətinin də davam etdiyini bildirib:

“Heç vaxt aktrisalığı atmaram. Bu peşəmi çox sevirəm. Aparıcılıq aktrisalığıma mane olmur”.

Qeyd edək ki, “Yeri gəlmişkən” həftə içi beş gün saat 14:30-da yayımlanacaq.