Rusiyanın Şitovaya körfəzində bir qrup dalğıc Yeni ili suyun altında qeyd edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dalğıclar bunun üçün suyun altında bəzədikləri Yeni il ağacının ətrafına toplaşıblar. Körfəzin səthinin böyük bir qismi donduğundan üzgüçülər buzları sındıraraq suya baş vurublar.
Onlar olduqca əyləndiklərini deyiblər:
“Suyun temperaturu mənfi bir dərəcə idi. O qədər soyuq idi ki, donacağımızı düşündük”.