Günay Musayeva Bakıda şou təqdim edəcək

Günay Musayeva Bakıda şou təqdim edəcək
1699 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu yaxınlarda “Turkish Fashion Day”də iştirak etmək üçün Bakıya gələn, Türkiyədə yaşayan model Günay Musayeva apreldə yenidən Vətənə qayıdacaq.

Axşam.az-ın məlumatına görə, model təşkil olunacaq moda nümayişində iştirak edəcək. O, eyni zamanda sözügeden dəfilənin təşkilatçısı olacaq. G.Musayeva türkiyəli modelyer Yıldırım Mayrukun geyimlərindən ibarət şou təqdim edəcək.

Nümayişdə Günayla yanaşı, Türkiyənin tanınmış modelləri də iştirak edəcəklər.

Qeyd edək ki, Yıldırım Mayruk “Turkish Fashion Day” çərçivəsində öz geyimlərini sərgiləməliydi. Lakin nümayişə bir gün qalmış siyasi səbəblərdən dəfilədən kənarlaşdırılmışdı.