Uşaqlar tanınmışlarla birgə əyləndilər - fotolar

Uşaqlar tanınmışlarla birgə əyləndilər -  fotolar
2109 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Sarayında uşaqlar üçün musiqili-əyləncəli Yeni il şənliyi təşkil edilib.

Axşam.az-ın məlumatına görə, hər il olduğu kimi, yenə də tamaşaçılara yeni proqram təqdim olunub. Uşaqların marağına səbəb olan bayram şənliyində uşaq kollektivləri maraqlı musiqili kompozisiyalar, milli və müasir rəqslərlə çıxış ediblər.

Şənlikdə digər sürprizlərlə yanaşı, əməkdar artist Lalə Məmmədova, müğənnilər Rəşad İlyasov, Emil Bədəlov, Samir Piriyev, Niyam Salami, Mirkamil Kamilov, Əbdül Xalid və başqaları da çıxış ediblər.

Əlvan şam ağacının ətrafında toplaşan uşaqlar Qar qız, Şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə əyləniblər.