Brilliant bayramı oğlu ilə İstanbulda keçirəcək – fotolar

Brilliant bayramı oğlu ilə İstanbulda keçirəcək – fotolar
2462 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşova Yeni ili oğlu Cahadla birlikdə İstanbulda qarşılayacaq.

Axşam.az-a açıqlama verən müğənni övladının Türkiyədə təhsil aldığını və tətilə buraxılmadığı üçün Bakıya gələ bilməyəcəyini deyib:
 
“Bayramı İstanbulda qeyd edəcəm. Orada həmrəylik günü münasibətilə gecə keçiriləcək. Mən də dəvət edilmişəm. Bu gün həmin tədbirdə olacam. Sonra isə oğlumun yanında qalacam. Cahad dərslərinə görə Bakıya gələ bilmir. Onlara cəmi üç gün istirahətdir. Onu Bakıya gətirə bilmədiyim üçün özüm yanında qalacam. Oğlum tələbədir, məsuliyyət daşıyır. Onların tətili yanvardan sonra başlayır”.

 Son vaxtlar imicində dəyişiklik edib, makiyajdan istifadəyə başlayan B.Dadaşova bunları deyib:

“Üç ildir makiyajdan istifadə etmirdim. Ancaq saçımı düzəltdirirdim, vəssalam. Bircə, dodaq boyası vururdum. Buna səbəb də tıxaclar idi. Vaxtımın çoxu tıxacda gedirdi. Makiyajsız görünməkdən yoruldum, dəyişiklik etmək istədim. İndi yenidən makiyaja başlamışam”.

Foto: Rəşad ABBASOV