Müğənni-bəstəkar Emin “Woman” (“Qadın”) mahnısını ekranlaşdırıb.
Axşam.az-ın məlumatına görə, mahnının klipi Mayamidə lentə alınıb. Ekran işində Eminlə birlikdə musiqiçi Çarli Uilyam da yer alıb. Onlar mahnını gitarada birlikdə ifa ediblər.
İfaçının yeni “Woman” adlı sinqlı fevraldan etibarən Avropa radiolarında səslənməyə başlayacaq.