Bakıdakı "Wiseman Montinn Hotel & Spa" otelində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirı keçirilib.
Axşam.az xəbər verir ki, mərasimdə Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, turizm şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Rektor Cəfər Cəfərov, "Millennium Turizm" şirkətinin prezidenti Ruslan Quliyev çıxış edərək bayramlar münasibətilə öz təbriklərini çatdırıblar.
Daha sonra turizm sektorunda çalışan əməkdaşların iştirakı ilə möhtəşəm partiyə start verilib. Tədbir iştirakçıları Dj Nano və Dj Jackin musiqi sədaları altında bol-bol rəqs edib, müxtəlif təamlardan dadıblar.
Foto: Elbrus Musayev

