Aytac yeni klipini təqdim etdi - fotolar+video

Aytac yeni klipini təqdim etdi - fotolar+video
3509 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Aytac Vidadiqızı söz və musiqisi özünə aid olan “Rəngli həyat” adlı mahnısına çəkilən klipə təqdimat keçirib.

Axşam.az xəbər verir ki, ekran işinin rejissorluğunu Pərviz Əzimzadə edib. Klipin süjet xətti xəyanət mövzusundadır.  Aytac bunun sayca altıncı klipi olduğunu bildirib.

Tədbirdə, həmçinin, ifaçının müəllimi, xalq artisti Mənsum İbrahimov da iştirak edib. O, Aytacın səsini bəyəndiyini bildirib:

“Mənim üçün çox sevindirici haldır ki, bu gün gənclərimiz muğama həvəs göstərirlər. Aytacın səsi xoşuma gəlir. Onun səsi muğama çox uyğundur. Amma bir az tənbəlliyi var. Ümid edirəm ki, növbəti dəfə xalq mahnıları ilə bağlı bir iş ortaya qoyar".

Qeyd edək ki, tədbirdə eyni zamanda əməkdar artist İlqar Muradov, Babək Niftəliyev, müğənnilər Yaşar Yusub, Yaşar Cəlilov, Niyam Salami, aparıcı Sərxan Kərəmoğlu, Cavid Gül və başqaları da iştirak ediblər.

Sərvər MEHTİYEV

Foto: Rəşad ABBASOV